AZ

Avropa ölkələri özləri QHT-lərə xarici yardımları qadağan edir,Gürcüstanı isə "daşa basırlar"...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Image

Zaur İbrahimli: “Gürcüstanda baş verənlər  geosiyasi qarşıdurmaının təzahürüdür”

Gürcüstan parlamenti "Xarici təsir haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib. Qanun layihəsinin lehinə 83, əleyhinə isə 23 deputat səs verib. Gürcüstanın baş naziri İrakli Kobaxidze qanun layihəsinə üçüncü, yekun oxunuşda səsvermənin iki həftədən sonra keçiriləcəyini bildirib.

Ölkənin Qərbpərəst  prezidenti Salome Zurabişvili, sənəd üçüncü oxunuşda qəbul olunarsa, ona veto qoyacağını vəd edib. Bununla belə, hakim "Gürcü Arzusu" partiyası prezidentin vetosunu ləğv etmək üçün parlamentdə kifayət qədər səs toplayıb.

Bu arada Gürcüstan parlamenti qarşısında etiraz aksiyaları davam edir. Qərbin dəstəyi ilə keçirilən bu aksiyalarda qanun layihəsinin ləğvi tələb olunur.

Maraqlıdır, bəzi Avropa ölkələrində QHT- lər üçün xaricdən maliyyələşməni qadağan edən qanunlar olduğu halda, onlar niyə  Gürcüstanda belə qanunun qəbul olunmasına qarşı mübarizə açıblar?

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Gürcüstan parlamenti  “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib: “3-cü səsvermə parlamentin mayın 17-nə təyin edilən iclası zamanı keçiriləcək. Gürcüstan  müxalifəti iddia edir ki, bu qanun eynilə Rusiyadan kopyalanıb. Onlar hesab edirlər ki, maliyyəsinin 20 faizdən çoxunu xaricdən alan fiziki və hüquqi şəxslər “xarici təsir agenti” kimi damğalana bilər. Bu zaman onlar həm də 9400 dollar məbləğində cərimə də edilə bilərlər. Qanun  layihəsində nəzərdə tutur ki, xaricdən vəsait alan bütün qurumlar yeni yaradılan reytstrdə qeydiyyatdan keçməlidir. Büdcəsinin  20 faizi xarici maliyyədən təşkil olunan hüquqi və fiziki şəxslər ildə bir dəfə hesabat  verməlidir. Etirazçılar bildirirlər ki, bu qanun layihəsinin ABŞ-dakından fərqi ondan ibarətdir ki, o şəxs “xarici agent” sayılır ki, həmin adam birbaşa xaricin idarəsində olsun. Yəni ABŞ qanunu yalnız xaricdən maliyyə alanı “xarici agent” kimi nəzərdə tutmur. Gürcüstan müxalifəti hesab edir ki, bu qanunun tətbiqindən sonra hakimiyyət opponentlərinə qarşı fəaliyyətini davam etdirəcək. Reyestr vasitəsilə əldə olunan məlumatlardan onlara qarşı istifadə olunacaq. Biz Gürcüstanda geosiyasi qarşıdurmanın şahidiyik.  Rusiyaya loyal  yanaşan qüvvələrlə Qərbin dəstəklədiyi qurumlar arasında mübarizə gedir. Hələlik qüvvələr nisbəti  elədir ki, Gürcüstan hakimiyyəti etirazları lokallaşdıra bilir. Müxalifətin  isə aksiyaları səngimir. Açıq-aşkar görünür ki, aksiyaların möhkəm nüvəsi var. Bu nüvəni asanlıqla dağıtmaq mümkün olmayacaq. Biz qarşıdakı aylarda prosesin  gərginləşəcəyinin şahidi olacağıq. İstisna edilmir ki, hər hansı böhran  yaranarsa, fövqəladə vəziyyət elan olunacaq. Çünki aksiyaların  bu cür davam etdiyi şəraitdə seçkilərin də normal keçiriləcəyi inandırıcı görünmür.  Hakimiyyət əzəmətli bir mitinq keçirdi və göstərdi ki, Gürcüstanın heç də hamısı qərbyönümlü deyil. Mən hesab edirəm ki, Gürcüstan hakimiyyəti sona qədər dirəşəcək. Belə təcrübəni biz Belarusda gördük. Gürcüstanda sözügedən qanun layihəsinin qəbulu hüquqidən daha çox siyasi mahiyyət daşıyır. Dünyanın  əksər ölkələrində  xarici mənbədən maliyyələşən KİV və QHT-lərin bu barədə dövlət qurumlarını məlumatlandırması proseduru nəzərdə tutulub. Bu prosedurların  bəzisi hesabat vermə, bəziləri məlumat vermə icraatı ilə məhdudlaşır. Əsas məqsəd bu qanunun necə tətbiq ediləcəyidir. Bu baxımdan  qanunun yozumu tərəflərin siyasi baxışlarına görə dəyişir. ABŞ və Qərbdə də hamı anlayır ki, xaricdən maliyyələşən subyektlərlə bağlı məlumat açıq olmalıdır. Çünki özlərində də belə təcrübə var. Gürcüstanda baş verənlər  geosiyasi qarşıdurmaının təzahürüdür. Vaxt təsadüfən seçilməyib. Həm Rusiya-Ukrayna cəbhəsində baş verənlərin, həm də Gürcüstandaxili  siyasi proseslərin bununla birbaşa əlaqəsi var”.

Məhəmmədəli QƏRİBLİ





Seçilən
140
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
365
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
333
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
273
Azərbaycanda bu məhsul bahalaşdı
266
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
253
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
246
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
241
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
237
Helikopter qəzası ilə bağlı yeni xəbər
225
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
209
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
196
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
191
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
190
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
174
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
169
Həlak olan şəxslər sabah dəfn olunacaq
169
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
143
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
139
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
133
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
126