AZ

İndi daha güclü və həmrəy olmalıyıq




Regionda baş verən proseslər onu deməyə əsas veror ki, böyük güclər, xüsusilə də Qərb Cənubi Qafqazla bağlı məkirli oyun oynayır. Regionun iki ölkəsi, Gürcüstan və Ermənistanda baş verənlər bunun əyani sübutudur.

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, güc mərkəzlərinin əsas planı region ölkələrində gərginlik, daxili qarşıdurma yaradıb hakimiyyət dəyişikliyinə nail olmaqdır:

"Gürcüstan və Ermənistanda bu prosesə start verilib. Uzun illərdir ki, Azərbaycanda da anoloji prosesləri həyata keçirməyə çalışırlar. Lakin Azərbaycan rəhbərliyinin uğurlu diplomatik gedişləri, siyasi səriştəsi və bacarığı, eləcə də ölkənin hüquq-mühafizə orqanlarının məqsədyönlü fəaliyyəti ölkəmizi bu kimi oyunlardan kənarda qoyur".

İctimai Birlik sədri deyib ki, istər region, istərsə də Azərbaycanla bağlı nəzərdə tutulan məkirli planları önləmək, onun icrasına mane olmaq üçün hər bir vətəndaş aktiv olmalı, ölkə rəhbərliyinin ətrafında dəmir yumruq kimi birləşməlidir:

"Necə ki, buz bunu 44 günlük Vətən müharibəsi zamanı sübuta yetirdik. İndi də eyni iradə, əzmlə daha güclü və həmrəy olmalıyıq".

Süleyman

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
Mənbələr
Şərh ()
Bağla