AZ

İddialı açıqlama: “250 milyon da versələr, fikrim dəyişən deyil”

“Red Bull” komandasının sürücüsü Maks Ferstappen komanda seçərkən onun üçün hansı amillərin vacib olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu sözləri deyib:

“Hazırda mənim gələcəyim “Red Bull”dadır. 150 ​​milyon avro təklif etsələr belə, bu həlledici amil olmayacaq. Hətta 250 milyon avro da kifayət deyil. Çünki qazancımdan razıyam. Ən əsası nəticələrdir. Mənim üçün əsas olan komandanın və maşının səviyyəsidir.

Ancaq idmanda və həyatda nə olacağını heç vaxt əvvəlcədən bilə bilməzsən. 2026-cı ildə hansı komandanın ən yaxşı olacağını kim bilir? İndi bu barədə çox düşünmürəm, diqqətimi indiki vaxta yönəldirəm. Mən bu il və gələn il uğur qazanmaq istəyirəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
1
Mənbələr
Şərh ()
Bağla