AZ

Soruşun, cavab verək!

Son vaxtlar oxucular mediada və şifahi nitqdə tez-tez işlədilən bir çox ifadə və terminlərin mənasını dəqiqləşdirmək məqsədilə redaksiyamıza müraciət edirlər. Onların arzularını nəzərə alaraq “Xalq qəzeti” “Soruşun, cavab verək!” adlı yeni rubrika açmağa qərar verib.

Bəzi şəxslər orta məktəb, tam orta məktəb, lisey və gimnaziya kimi sözlərin mənalarını dəqiq fərqləndirə bilmirlər. Bunu nəzərə alaraq, yeni rubrikanın mövcud qanunvericiliyə uyğun ilk şərhini təqdim edirik.

Orta məktəb – təhsilin natamam orta (IX sinfinədək təhsil) pilləsi sayılır. Bu pilləni bitirənlərə 9 illik attestat təqdim edilir. Qeyd edək ki, ölkəmizdə təhsilin ilk pilləsi icbaridir.

Tam orta məktəb –11 illik təhsil pilləsidir. Bu pilləni bitirənlərə tam orta təhsili bitirməsini təsdiq edən attestat verilir. Məzunlar bundan sonra ali təhsil müəssisələrinə qəbul üçün sənəd verə bilərlər.

Lisey – ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsidir.

Gimnaziya – əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsidir.

Hazırladı: 
Rizvan FİKRƏTOĞLU 
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
Mənbələr
Şərh ()
Bağla