AZ

Avropanın ən güclü gimnastları Bakıda

Avropanın 37 ölkəsinin ən güclü bədii gimnastlarının Bakıda Milli Gimnastika Arenasında keçirilən qitə kubokunda mübarizəsi başlayıb. Bakıda ilk dəfə təşkil edilən bu nüfuzlu yarışda, ümumilikdə, 160 gimnast mübarizə aparır.

Onların arasında son mütləq Avropa çempionu Boryana Kaleyn, onun Bolqarıstan millisindəki komanda yoldaşı superulduz Stiliana Nikolova, 2022-ci ilin mütləq qitə çempionu Darya Atamanov, digər israilli, artıq böyüklərin yarışına qatılan Daniela Munits kimi tanınmış gimnastlar var. Favoritlər sırasında Azərbaycanın fəxri Zöhrə Ağamirova ilə yanaşı, 2022-ci ilin mütləq dünya çempionu Sofiya Raffaeli və daha bir italiyalı Milena Baldasarri, ukraynalı Kristina Poqraniçnaya və bir çoxlarının adları diqqət çəkir. Qrup komandaları arasında isə Azərbaycanla yanaşı, Bolqarıstan, İsrail, İtaliya, Gürcüstan, Macarıstan və Rumıniya komandalarının mübarizəsi rəqabəti daha da gərgin və maraqlı edir.

Yarışın proqramı da zəngindir. Belə ki, bu nüfuzlu turnirdə mayın 3-də böyüklərin təsnifat mərhələsində gürzlər, halqa, top və lentlə hərəkətlər icra edilib. Onlar finala vəsiqə verən ilk 16 yer, həmçinin ayrı-ayrı hərəkətlərdə həlledici raunda vəsiqə uğrunda mübarizə aparıblar.

Azərbaycan gimnastı Zöhrə Ağamirova top və halqalarla hərəkətlərdə həlledici mərhələdə iştirak hüququ qazanıb. O, topla çıxışında 33 000, halqalarla hərəkətdə isə 32 900 xal toplayaraq adını ilk "səkkizliy"ə yazdırıb. 

Sonra Avropa Kubokunun açılış mərasimi olub. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda yaradılan şəraitin nüfuzlu yarışları yüksək səviyyədə təşkil etməyə imkan verdiyini bildirib. Bədii gimnastikanın ölkədə qızlar arasında ən populyar idman növü olduğunu xatırladan nazir, bu turnirin idmançıların təcrübələrini artırmaları baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Avropa kubokunda gərgin və maraqlı mübarizəni iştirakçılar da vurğulayıblar. Halqa və topla çıxışından sonra mətbuata açıqlama verən Latviya təmsilçisi Evelina İvanova ölkəsini bu cür önəmli yarışda təmsil etməyin qürurverici olduğunu bildirib. Yarışda gərgin mübarizənin getdiyini deyən gimnast Azərbaycan təmsilçiləri Zöhrə Ağamirova və Kamilla Seyidzadəni yaxşı tanıdığını, onları əsas rəqiblərdən hesab etdiyini bildirib:

– Turnirdə Avropanın müxtəlif ölkələrindən ən bacarıqlı idmançılar qüvvələrini sınayırlar. Onlarla ayaqlaşmaq çətin olsa da, rəqiblərimə qalib gəlib, qızıl medala sahib olmaq istəyirəm.

E.İvanova Bakıya hər gəlişində böyük yeniliklərin şahidi olduğunu və bu ecazkar şəhəri heyranlıqla seyr etdiyini deyib.

Yarışın digər iştirakçısı, rumıniyalı gimnast Kristiana Draqan qitə turnirinin keçirildiyi Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradıldığını vurğulayıb. Aprelin 19-21-də Bakıda keçirilən Dünya kubokunda da mübarizə apardığını deyən gimnast bu dəfə özünü daha yaxşı tərəfdən göstərdiyini və bunun onun üçün böyük təcrübə olduğunu söyləyib.

Bu gün komandalar qrup hərəkətləri üzrə ilk çıxış edəcəklər. Həmçinin, çoxnövçülükdə “Cross Battles” keçiriləcək. Ardınca yeniyetmələrin komanda yarışlarında mübarizəsinə start veriləcək. Mayın 5-də həm böyüklər, həm yeniyetmələr, həm də qruplar ayrı-ayrı hərəkətlərdə mükafatçıları müəyyənləşdirəcəklər.

“Cross Battles”in qalibi 8, gümüş mükafatçı 5, üçüncü yerin sahibi 3 min avro qazanacaq. Fəxri kürsüdən kənar qalacaq digər 13 iştirakçı üçün də mükafatlar nəzərdə tutulub.

Qrup hərəkətləri üzrə çoxnövçülüyün qalibi 5, gümüş mükafatçı 3,5, bürünc sahibi 2,5 min avro əldə edəcək. Yeniyetmələrin mübarizəsində isə komanda yarışında qalib 1300, 2-ci yerin sahibi 1000, bürünc medalçı isə 700 avro mükafat alacaq.

Leyla QURBANOVA 
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
11089
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
6273
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
6205
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6063
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5965
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
5820
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4185
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3839
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3692
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3628
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
3481
Sabah 20 dərəcə isti olacaq
3217
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3021
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2825
Röyanın biabırçı videosu yayıldı
2754
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2614
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2597
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
2528
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2512
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2350