AZ

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Naxçıvan, 4 may, AZƏRTAC

Babək rayonunun Şıxmahmud kəndində şəhidlərimizin əziz xatirəsinə Şəhidlər bulaq abidə kompleksi tikilir.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən bulaq abidə kompleksinin su təminatının yaxşılaşdırılması üçün müvafiq işlər görülüb. Belə ki, idarə tərəfindən əraziyə texnikalar cəlb edilib. İdarə əməkdaşlarının və texnikaların köməyi ilə kompleksin yaxınlığından keçən dəmir boru çıxarılaraq kənarlaşdırılıb. Həmin borunun yerinə diametri 300 millimetr olan 16 metr uzunluğunda boru salınıb. Borunun ətrafı hamarlanaraq düzəldilib. Həmçinin bulaq abidə kompleksinə yeni içməli su xətti çəkilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq