AZ

Hollivud ulduzu bir sıra rollardan imtina etdiyini açıqladı - FOTO

Hollivud ulduzu Rayan Qoslinq son vaxtlar psixoloji cəhətdən ağır personajı olan filmlər əvəzinə daha yüngül obrazları seçməyinin səbəbini açıqlayıb.

Onun sözlərinə görə, rol seçərkən həmişə həyat yoldaşı, aktrisa Eva Mendes ilə məsləhətləşir, qərarı da onunla birlikdə və ailəsini düşündüyü üçün verib:

“Artıq məni qaranlığa sürükləyən rolları qəbul etmirəm. Bu məqamda evdəki vəziyyəti düşünürəm və hamımız üçün nəyin yaxşı olacağını anlamağa çalışıram. Qərarları Eva ilə birlikdə qəbul edirəm. Biz ilk növbədə ailəmizin maraqlarını nəzərə alırıq”, - deyə Qoslinq bildirib.

Источник: THR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
2
Mənbələr
Şərh ()
Bağla