AZ

Yeni araşdırma: prostat xərçənginin qarşısı alınır

Yeni

Yeni araşdırma prostat xərçəngi xəstəliyinə qalib gəlmək üçün yeni ümidlər yaradıb.

Reyting.az
-ın xəbərinə görə, ABŞ-da aparılan tədqiqat zamanı 1999-2018-ci illər arasında yayılmayan lokallaşdırılmış prostat xərçəngi diaqnozu qoyulmuş 2000-dən çox kişiyə qidalanma və həyat tərzi ilə bağlı suallar verilib, onların üzərində orta hesabla 6,5 il müşahidə aparılıb. Nəticədə məlum olub ki, meyvə, tərəvəz, qoz, fındıq və tam taxıllarla zəngin pəhriz prostat xərçənginin yayılmasını yarıya qədər azalda bilər.

Araşdırma zamanı üzə çıxıb ki, daha çoxbitki mənşəli qidalar yeyən kişilərdə xərçəngin böyüməsi, sümüklərə yayılması və ölümlə nəticələnməsi digərlərinə nisbətən azdır.

Kaliforniya Universitetindən olan tədqiqatçılar, ən yüksək səviyyədə tərəvəz əsaslı pəhriz istehlak edənlərdə təkrarlanma da daxil olmaqla, prostat xərçənginin inkişafının ikinci dərəcəli müalicədə 47 faiz aşağı olduğunu təsbit ediblər.

ELÇİN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
Mənbələr
Şərh ()
Bağla

Reytinq