AZ

Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib

İnnovativ alış-veriş məhsulu olan Umico-nun sahibi “Competo” MMC şirkəti 2023-cü ili 32 milyon 340 min manat xalis zərər ilə başa vurub. Şirkət 2022-ci ili 17 milyon 105 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, “Competo” şirkətinin xalis zərəri 2023-cü ildə 2022-ci illə müqayisədə 15 milyon 235 min manat və ya 89 faiz artıb.

GƏLİRLƏRİ DAHA SÜRƏTLİ ARTIB

Marja.az-ın əldə etdiyi məlumata görə, “Competo”nun gəlirləri 2022-ci ildə 8 milyon 398 min manat ikən, 2023-cü ildə 25 milyon 879 min manat təşkil edib (3,1 dəfə və ya 17 milyon 481 min manatartıb). Ötən il Şirkətin xərcləri isə 2,3 dəfə və ya 32 milyon 716 min manat artaraq 58 milyon 219 min manat olub. 2022-ci ildə “Competo”nun xərcləri 25 milyon 503 min manat təşkil etmişdi.

ŞİRKƏT BÖYÜYÜB

31 dekabr 2023-cü il tarixində “Competo” MMC 29 milyon 849 min manat cəmi aktivlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 18 milyon 288 min manat cəmi aktivlərə malik idi.

31 dekabr 2023-cü il tarixində “Competo” MMC-nin öhdəlikləri aktivlərini üstələyib. Qeyd olunan tarixdə Şirkətin öhdəlikləri 34 milyon 331 min manat təşkil etdiyindən, xalis aktivləri mənfi 4 milyon 482 min manat olub. 

alış-veriş məhsul Umico Competo mənfəət gəlir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq