AZ

“Freedom Finance Azerbaijan” səhmlərini dövriyyədən çıxarır

“Freedom Finance Azerbaijan” ASC-nin sənədsiz səhmləri dövriyyədən çıxarılır.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı səhmdarların yığıncağında qərar qəbul olunub.

Qərara əsasən, “Freedom Finance Azerbaijan” ASC-nin AZ1002024573 Dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, hər birinin nominal dəyəri 713,35 (yeddi yüz on üç manat otuz beş qəpik) manat olan 10.655 (on min altı yüz əlli beş) ədəd adi, adlı, sənədsiz səhmləri dövriyyədən çıxarılır.

Qeyd edək ki, “Freedom Finance Azerbaijan” 2021-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Vüsal Məmmədovdur və şirkətin nizamnamə kapitalı 7 600 744 AZN-dir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla

Reytinq