AZ

İnsan Resursları üzrə Aparıcı Mütəxəssis - VAKANSİYA

"Aqrar İnnovasiya və Təchizat" Şirkəti "İnsan Resursları üzrə Aparıcı Mütəxəssis" vakansiyası elan edir.

Fins.az xəbər verir ki, Əsas fəaliyyət istiqaməti olaraq, Azərbaycanın gübrə və kənd təsərrüfatı istehsal vasitələri bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti (AISCO) 2019-cu ildən fəaliyyətə başlamışdır. Şirkət qısa zaman ərzində yüksək potensiallı gənc kadrları öz ətrafında toplayaraq, müasir texnologiyaların tətbiqi ilə fəaliyyətini təşkil etmişdir.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • İnsan Resursları əməliyyatları sahəsi üzrə minimum 2 il iş təcrübəsi olmalı;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyi üzrə yaxşı biliklər və təcrübənin olması;
  • MS Office proqramlarını (Word, Excel, PowerPoint, Outlook) yaxşı səviyyədə bilməli;
  • 1C üzrə yaxşı səviyyədə istifadə bacarığı olmalı;
  • Analitik düşüncə və problem həll etmə bacarığı olmalı;
  • Ezamiyyətlərə hazır olmalı, B kateqoriya sürücülük vəsiqəsi olmalı.

Vəzifə öhdəlikləri:

  • Strukturlar tərəfindən təqdim olunmuş işçi tələb formasının yoxlanılması və işə qəbul şöbəsinə göndərilməsi;
  • Elektron Hökümət Portalında İnsan Resursları ilə bağlı əməliyyatların yerinə yetirilməsi;
  • Aidiyyatı şöbələrin yeni əməkdaşın işə başlaması haqqında məlumatlandırılması;
  • İşçilərin illik əmək məzuniyyətlərinin qrafikinin qurulması, qrafikə uyğun istifadənin təmin olunması, istifadə edilməmiş məzuniyyətlərin hesablanması və istifadəsinə təşviq edilməsi;
  • Yeni yaradılmış iş yerinin e-sosialda elan edilməsi və namizədlərin telefon zənglərinə cavab verilməsi;
  • İcbari sığorta əməliyyatlarının icra olunması və ödəniş üçün Mühasibatlığa təqdim olunması;
  • Yeni işçilərin Bitrix24 portalında və 1C ZUP KORP tətbiqində qeydiyyat prosesinin icra edilməsi;
  • Təhsil, analıq, qismən ödənişli və ödənişsiz məzuniyyətlərdən istifadənin uçotunun aparılması;
  • İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, və s.), kompensasiyaların hesablanması, 1C ZUP KORP və Bitrix24-də, elektron hökumət portalında çıxış qeydlərinin aparılması.

İş şərtlərimiz:

  • Əmək haqqı: 1463-1674 AZN;
  • İş qrafiki : Həftə içi 5 gün;
  • İş saatları: 08:30-17:30;
  • Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Aparıcı Mütəxəssis” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
256
50
Mənbələr
Şərh ()
Bağla