AZ

Tramp indi də İsraili hədəf aldı – Sabiq prezident öz sonunu hazırlayır?

ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçiləcəyi təqdirdə İsrailə hərbi yardımı dayandıracağını deyib. O, İsrailin Baş naziri Benyamin Netanyahunu hökumətinin Fələstin anklavındakı hərəkətlərinə görə tənqid edib. Tramp bildirib ki, 7 oktyabr hadisələrindən sonra İsrailin uğursuzluğuna görə Netanyahu məsuliyyət daşıyır.

Tramp əlavə edib ki, əgər prezident olaraq qalsaydı, İran və HƏMAS-ın İsrailə hücumu heç vaxt baş verməzdi.

Bu açıqlama Trampın prezident seçkilərindəki nəticələrinə təsir edə bilərmi?

Politoloq Cümşüd Nuriyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, sözügedən açıqlama nəticələrə heç bir təsir göstərməyəcək:

“Çünki Netanyahu İsraili yorub. O, həddən artıq milliyətçidir. Onun mövqeyi İsraili kifayət qədər çətinə salıb. Amerikada olan yəhudi lobbisi Netanyahunu artıq dəstəkləmir. O, heç kəsi eşitmək istəmir. Netanyahu toxunulmazlıq müddətini artırmaq üçün müharibəni uzadıb. Lakin İsrail əslində, müharibəni istəmir. Çünki onlara lazım olan maraqlara çatıblar. 
Əslində, müharibənin uzadılması İsrailin həyata keçirmək istədiyi siyasətin əleyhinə yönəlmişdi. İsraili də həmin yəhudi lobbisi danışdırır. Bu, birmənalıdır. Tramp elə böyük və riskli siyasətçi deyil. Əgər Tramp bu nitqləri danışırsa, deməli, yəhudi lobissindən razılıq alıb”.

Məhərrəm Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla

Reytinq