AZ

Kütləvi məzarlığa görə Təhlükəsizlik Şurasının iclası çağırıla bilər

Əlcəzair Qəzza zolağında aşkar edilmiş kütləvi məzarlıqlar mövzusunda BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib. Bu barədə Rusiya mediası Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Əlcəzair çərşənbə axşamı üçün BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələrinin keçirilməsini vacib sayıb. 

Xatırladaq ki, aprel ayında Əl-Cəzirə telekanalı Xan Yunisdəki "Nasser" tibb kompleksinin ərazisində kütləvi məzarlıq aşkarlanması barədə məlumat yaymışdı. Burada 180-ə yaxın dinc sakinin cəsədi tapılmışdı. Ölənlərin hamısı qadın, uşaq və gənc olub. Sonradan isə aşkarlanan cəsədlərin sayının 390-ı ötməsi barədə xəbərlər yayıldı.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla

Reytinq