AZ

Serbiya prezidenti bəzi müharibələrin bitməsinə kömək edə biləcək şəxsin adını çəkib

Dünyada hər kəs Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin sülh təşəbbüslərinə böyük ümid bəsləyir. RİA Novosti xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Çin Mərkəzi Televiziyasına müsahibəsində deyib.

“Dünyada hər kəs, ictimai məkanda nə deməsindən asılı olmayaraq, hamı prezident Xi-nin bugünkü dünyaya sülh gətirmək təşəbbüslərinə böyük ümidlər bəsləyir. Mən bunu yaxşı bilirəm, çünki hamı ilə ünsiyyət qururam”, – deyə Vuçiç Si Cinpinin Serbiyaya səfəri ərəfəsində bildirib.

Vuçiç Çin liderini “bəzi müharibələrin sona çatmasına və uzunmüddətli sülhün bərqərar olmasına həqiqətən töhfə verə biləcək dünyada nadir insanlardan biri” adlandırıb.

Mənbə: A Haber

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
Mənbələr
Şərh ()
Bağla

Reytinq