AZ

Şəkinin yeraltı MÖCÜZƏSİ – Dünyada analoqu olmayan labirintdən REPORTAJ – FOTO  

Bu orjinal muzeyin dünyada hələlik anoloqu yoxdur. Əbədi sükut dünyası – Labirint Şəki rayon ərazisində yerləşir. Dünyanın ən orjinal elmi-praktik muzeylərindən hesab edilir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yerin altında yerləşən bu muzeydə arxeoloji qazıntılar zamanı tapılan bütün mədəniyyət abidələri aşkar edildikləri yerdə necə var eləcə qorunur.

Bu barədə elmi ictimaiyyət məlumatlı olsa da əksər insanlar, xüsusən xarici tədqiqatçılar, turistlər ümumiyyətlə xəbərsizdir.  

Abidə ərazisində ötən əsrin 80-ci illərindən tədqiqat işlərinə başlanılıb və 2006-ci illərdə tamamlanıb. 

Həyata keçirilən arxeoloji təqdiqatlar nəticəsində məlum olub ki, buradakı tarixi maddi-mədəniyyət nümunələri eramızdan əvvəl 1-ci minillikdən ta Qafqaz Albaniyası dövrünü əhatə edir. Orjinallığına görə bu muzeyin nəinki Cənubi Qafqazda hətta dünyada belə bənzəri yoxdur.

Labirintdə aşkar olunmuş qəbirlər və onlara aparan yollar bütövlükdə kərpic tağla örtülüb. Burada qəbirlər böyük-kiçikliyindən, dərinliyindən asılı olmayaraq tapıldığı yerdəcə nümayiş etdirilir. Yerin altından tapılmış digər 11 ekspozisiyadan 5-i divarlarda, 5-i ayrı-ayrı yerlərdə, biri isə aşkar olunduğu yerdə - dəhlizdə, nümayiş etdirilir.

Arxeoloq İntizar Bədəlovanın sözlərinə görə “Əbədi sükut dünyası - Labirint” yer altında ekspozisiyalarla birgə 150 kvadratmetrinə qədər ərazini əhatə edir. Labirintin giriş və çıxış qapıları ayrı-ayrıdır. Labrint 16 ekspozisiyadan ibarətdir. 
“İlkin təhqiqatlar nəticəsində məlum oldu ki, Fazıl kəndində beş yerdə qədim yaşayış məskəni mövcud olub. Hər biri də tamam başqa dövrləri əhatə edirdi”, - deyən arxeoloq sözlərinə onu da əlavə edir ki, Labrintin elmi adı Təpəbaşı nekropolu adlanan məkanda isə bütün dövlər əks olunurdu. 

Muzeyin nadir eksponatları arasında şahin başlı Misir ilahəsini xatırladan əşyalar nümayiş etdirilir. 

Qəbirlərdən tapılan qabların heç yerdə analoqu yoxdur. Ritual qəbirlərdə kökü kəsilən heyvanların sümüklərinə də rast gəlmək mümkündür. Muzeyin ərsəyə gəlməsində çalışanlardan biri də Fazıl kənd bələdiyyəsinin sədri İsmayıl Əyyubovdur. İlk gündən burada qol çırmayıb, arxeoloqlara qazıntılarda kömək edən İsmayıl müəllim bu işlərin içində olduğundan hər bir eksponat və maddi-mədəniyyət nümunəsi haqda geniş məlumata malikdir. 

Ekspozisiya zallarını gəzdikcə biri-digərindən maraqlı məlumatlarla qarşılaşırıq.

İntizar Bədəlova bildirir ki, burada, dəfn adətlərində bəzi yeniliklər müşahidə edilir, hələlik dünyada analoqu olmayan gil qadın heykəlləri (bütlər) aşkar edilib. Yaloylutəpə mədəniyyətinin lokal variantı, ellinizm elementləri var. Labirint Azərbaycan tarixinin Qafqaz Albaniyası dövrünü əhatə etməklə Yaloylutəpə mədəniyyətinin xronologiyasını bir qədər də dərinləşdirir. Azərbaycan tarixinin eradan əvvəl I minilliyin I yarısından bizim eranın I minilliyinin I rübünə qədər olan dövrünü əhatə edir. Lakin bu, hələlik güman edilən intervaldır..

Muzeylə tanışlıqdan sonra öyrənirik ki,  bu yaxınlarda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən ölkə əhəmiyyətli axreoloji abidə kimi qeydiyyata alınıb.  

Bəs turizm marşrutlarına nə zaman daxil ediləcək?

Dövlət Turizm Agentliyindən bildirildi ki, qeyd edilən tarixi abidə-muzeyin turistik əhəmiyyəti olduqca böyükdür. Təpəbaşı nekropolu ən unikal məkanlardan biridir və oranın turizm marşrutlarına salınması gündəlikdədir. Hazırda bu istiqamətdə işlər aparılır.  

Ümid edək ki, orjinallığı və tarixi ilə seçilən bu muzey müvafiq təşkilatların diqqətindən yayınmayacaq. Yaxın vaxtlarda bərpa və təmiri həyata keçiriləcək. Eyni zamanda ən qaynar turizm marşrutu kimi yerli və xarici turistlərə təqdim ediləcək. 
Mövzunu diqqətdə saxlayacağıq. 












Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
11157
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
6286
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
6249
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6072
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5980
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
5837
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4189
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
3993
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3861
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3699
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3646
Sabah 20 dərəcə isti olacaq
3223
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3023
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2828
Röyanın biabırçı videosu yayıldı
2759
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2699
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2599
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
2564
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2514
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2352