AZ

Prezident İlham Əliyev "Euronews"a müsahibə verib

"Euronews"da dərc olunan "Qlobal iqlim səylərinə aparan yol" başlıqlı məqalədə Prezident İlham Əliyevin eksklüziv açıqlaması da yer alıb.

"Operativ Media" xəbər verir ki, Almaniyanın paytaxtı Berlində illik Petersberq İqlim Dialoqu konfransı keçirilib.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok böyük iqtisadiyyatları olan ölkələrə iqlim hədəfləri üçün məsuliyyəti öz üzərinə götürməyi xatırladıb.

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində iqlim problemlərinin həllində qlobal əməkdaşlığın əhəmiyyətindən danışıb: “Bu, bizim ümumi işimizdir və töhfə vermək üçün səylərimizi əsirgəməməliyik. Təbii ki, hər bir ölkə öz maliyyə imkanlarından və gündəliyindən asılı olaraq öz işini görməlidir”.

Qeyd edək ki, noyabrda Azərbaycanda BMT-nin İqlim Konfransı (COP29) tədbiri keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla

Reytinq