AZ

“İctimai proseslər media müstəvisində”

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə bu mövzuda forum keçirilib

N.BAYRAMLI

Mayın 3-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tədbirdə açılış nitqi ilə çıxış edib.  Əhməd İsmayılov bildirib ki, Prezident İlham Əliyev bir qayda olaraq cəmiyyətdə baş verən hadisələr haqqında əsas informasiya qaynaqlarından biri kimi medianın rolunu daim yüksək qiymətləndirib və onun ictimai nəzarət funksiyasına böyük önəm verdiyini həmişə vurğulayıb. Medianın ictimai maraqlardan irəli gələn obyektiv və qərəzsiz məlumat hazırlamaq funksiyasını layiqincə yerinə yetirməsi üçün ölkəmizdə həm ictimai-siyasi, həm də hüquqi zəmində hər cür şərait yaradılıb.

O vurğulayıb ki, bu forum vasitəsilə Azərbaycan mediasının müasir tələblərindən və inkişaf tempindən irəli gələn tendensiyalar, habelə cəmiyyətin mediadan gözləntiləri baxımından yeni bir təcrübənin əsası qoyulur. “İctimai proseslər media müstəvisində” mövzusuna həsr edilən forum həm dövlət-media dialoqunun səmərəli təşkilinə, həm də medianın cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə təmin etmə funksiyasının daha effektiv səviyyəyə yüksəldilməsinə hesablanıb. “Praktik əhəmiyyət daşıyan dövlət-media dialoqunun yaradılması, eyni zamanda, cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb. İctimai rəydə dezinformasiya vakuumunun yaranmaması, ölkəmizin informasiya mühitinin çirkləndirilməsinin qarşısının alınması baxımından dövlət-media dialoqunun peşəkar prinsiplər əsasında və davamlı olaraq təmin edilməsi müstəsna xarakter daşıyır”, - deyə Ə.İsmayılov qeyd edib.

İcraçı direktor deyib ki, media islahatlarının hüquqi bünövrəsini möhkəmləndirən “Media haqqında” Qanunun qəbulu, eyni zamanda, bu istiqamətdə atılmış sistemli addımlar ölkəmizin media mühitinin sağlamlaşdırılması, media subyektlərinin fəaliyyətinin dəstəklənməsi, jurnalist peşəkarlığının artırılması baxımından yeni inkişaf mərhələsinin əsasını qoyub. Onun sözlərinə görə, Azərbaycan mediası öz işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda, jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır.

Forumda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, medianın cəmiyyətin və dövlətin inkişafında rolu danılmazdır: “Azərbaycanda medianın müasir tələblərə uyğun inkişafı sahəsində ölkə başçısı bütün zəruri addımları atıb. "Media haqqında" qanun media-cəmiyyət, media-dövlət əlaqələrinə dair müddəalar da yer alıb. Bu qanun həm də jurnalistlərin hüquqlarının qorunmasında mühüm rol oynayır. Bu gün MEDİA müxtəlif istiqamətində Azərbaycanda media vasitələrinin obyektiv və səmərəli inkişafına dəstək olur".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə çıxışında deyib ki, media məhsulları sosial şüura təsir göstərir. O bildirib ki, ictimai rəyin formalaşmasında informasiyanın çatdırılması önəmlidir: “Ailə, qadın və uşaq məsələləri çox prinsipial istiqamətdir. Bu sahə ilə bağlı məlumatlar xüsusi yanaşma tələb edir. Bəzən yüngül hadisələr ağır formada təqdim edilir. Bu da cəmiyyətə yaxşı təsir göstərmir”. Komitə sədrinin sözlərinə görə, qadın hüquqları məsələsində xəbərin tez çatdırılması ilə işini bitdiyini zənn edən insanlar o qadınların həyatlarını təhlükəyə atırlar: "Ona görə də həssas xəbərlərlə əlaqədar mütləq müvafiq qurumlarla əlaqələr yaradılmalıdır".

Qeyd edək ki, tədbir çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik ili”ndə media gündəmi” mövzularında panel sessiyalar keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8885
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5488
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5301
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5099
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4973
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3903
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3169
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3030
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3029
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2814
Sabah 20 dərəcə isti olacaq
2800
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
2466
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2332
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2325
Röyanın biabırçı videosu yayıldı
2322
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2168
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2126
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2076
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1769
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1721