AZ

Sağlam ürəyin sirri: 6 saat otur, 5 saat hərəkət et

Sağlam ürəyin sirri: 6 saat otur, 5 saat hərəkət et

Avstraliyanın Melburn Svinburn Texnologiya Universitetinin tədqiqatçıları sağlam həyat üçün gündəlik fiziki aktivliyi hesablayıblar.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, orta yaşı 60 olan 2300 nəfərin sağlamlıq məlumatları araşdırılıb.

Müvafiq olaraq, gündə 6 saat oturmaq, 5 saat 10 dəqiqə ayaq üstə durmaq, 2 saat 10 dəqiqə orta dərəcədə fiziki məşq etmək, 2 saat 10 dəqiqə yüngül fiziki məşq etmək, 8 saat 20 dəqiqə yatmaq lazımdır.

Tədqiqatçılar bildiriblər ki, bu həyat tərzi ürəyi qoruyur, çəki artımının qarşısını alır, 2-ci tip diabet, xərçəng və erkən ölüm riskini azaldır. Mütəxəssislər vurğuladılar ki, hətta ayaq üstə durmağın belə yüngül fiziki fəaliyyətə bənzər təsiri var.
Sağlam

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla