AZ

"Onun gedişi hazırda paltardəyişmə otağında böyük problem deyil"

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov formasını geyindiyi "Dinamo"nun (Berlin) Almaniyanın Şimal-Şərq Regional Futbol Liqasındakı hazırkı çıxışından danışıb.

Sportinfo.az xəbər verir ki, "rbb24" portalına danışan Dadaşov komandasının son turlardakı uğursuzluğundan bəhs edib:

"Hanza"nın ikinci komandası ilə matçdan (2:3) sonra komandada əhval-ruhiyyə dəfn mərasimindəki kimi idi. Buna baxmaq tamamilə xoşagəlməz idi.

Çox ağırdır. Ən pisi isə komandaya kömək edə bilməyəndə, oyunu kənardan izləməkdir. Mövsümün ilk yarısında daha əzmkar, aqressiv, daha yığcam oynadıq.

Amma çempionatın son oyunlarında komanda olaraq qələbə istəyimizinümayiş etdirə bilmədik. "Dinamo"nun yeni mövsümə hazırkı baş məşqçi Dirk Kunertsiz başlayacağına görə təzyiq var idimi?

O, bizi oyunlara çox yaxşı hazırlayır. Onun gedişi hazırda paltardəyişmə otağında böyük problem deyil. Liqanın lideri "Enerji" ilə qarşıdakı oyuna gəlincə, bizi yüksək səviyyədə görüş gözləyir.

Bu həm klub, həm də azarkeşlər üçün çox vacibdir. Çalışacağıq ki, özümüzü toparlayıb qələbə qazanaq".

Rüfət Dadaşov bir neçə matç əvvəl dizindən zədə alıb və mövsümün hissəsini buraxmaq məcburiyyətində qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8946
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5504
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5326
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5117
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4999
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3912
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3189
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3057
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3049
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2819
Sabah 20 dərəcə isti olacaq
2811
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
2558
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2369
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2333
Röyanın biabırçı videosu yayıldı
2330
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2178
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2130
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2078
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1777
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1721