AZ

“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir

“Yadıma AXC-nin hakimiyyətə gələndən sonra “KQB” arxivlərinin arxivlərini açacağı vədi düşdü. AXC-nin təyin etdiyi fərd sonra “KQB” arxivlərinin niyə açmadığından danışanda dedi ki, oradan hakimiyyətdə olanların çoxunun adı çıxardı, ona görə bunu etmədilər...”
 
Siyasi analitik Tahir Cəfərli Moderator.az əməkdaşı olə son söhbətində Gürcüstanda məlum “Xarici agentlər haqqında” qanunun qəbul olunmasına dəstək verərək hətta Azərbaycanda da belə bir qanunun qəbul olunmasının təklif edib. 
 
Analitik bununla bağlı əlavə suallarımızı cavablandırıb:
 
-Deyirsiz ki, “xarici agentlər” haqqında qanun qəbul olunarsa, gürcü xalqına da, Azərbaycan xalqına da kimin kim olduğunu göstərəcək. Bəlkə kimin kim olduğunu bilmək üçün ilk növbədə iki əsrə yaxın Azərbaycanın da, Gürcüstanın da müstəmləkəsi olduğu Rusiya-Sovet imperiyasının “KQB” arxivləri açılmalıdır?
 
Düzgün fikirdir. Ancaq “KQB” arxivlərini açmaq üçün bu və ya  digər postsovet ölkəsinin parlamenti qərar qəbul etməlidir. Bu saat Gürcüstanda proseslər elə buna doğru gedir. Əgər Gürcüstan parlamenti bu qanunu qəbul etsə, çox sirlər ortaya çıxacaq. Bu günə qədər belə qanun heç bir postsovet respublikasında qəbul edilməyib...
 
-Yadıma AXC-nin hakimiyyətə gələndən sonra “KQB”-nin arxivlərini açacağı vədi düşdü. AXC-nin təyin etdiyi fərd sonra “KQB”-nin arxivinin niyə açmadığından danışanda dedi ki, oradan hakimiyyətdə olanların çoxunun adı çıxardı, ona görə bunu etmədilər... 
 
Bu saat Gürcüstanda bu qanunun qəbuluna qarşı gedənlər və bu ölkədə sabitliyi pozanların çoxunun adları  arxivlərdə vardır. Bura üstəlik, Qərb ölkələrinə də işləyən agentlərin də adlarını əlavə etsələr görərlər, onlarının sayı on minlərlədir.
 
-Həmin arxivlər açılmamış “xarici agentlər” haqqında qanun yalnız Qərbdən maliyyələşən təşkilatları ilə bağlı işləyən deyilmi?  Yəni Rusiyadan maliyyələşən təşkilatlar nəzarətə götürülməyəcək... Çünki hakimiyyətlərdə də, müxalifətlərdə də Rusiyanın agenturası, “5-ci kalon”u kifayət qədərdir...
 
-Bu qanunu qəbul edəcək Gürcüstan parlamenti təkcə  Rusiyaya deyil, Qərb ölkələrinə də işləyən agentlərin də adlarını ortaya çıxaracaq. Dövlətçilik nöqteyi-nəzərindən bu düzgün addımdır. Ölkədə sabitliyi pozan bütün xarici agentura sisteminə son qoymaq olar. Haqlı fikirdir ki, hakimiyyətlərdə də, müxalifətlərdə də Rusiyanın agenturası, “5-ci kalon”u kifayət qədərdir. Bununla belə “5-ci kalon” dedikdə təkcə Rusiyaya işləyənləri deyil, Qərbin də  postsovet ölkələrində göbələk kimi artan agentlərini də nəzərdən qaçırmamalıyıq...
 
Gürcüstan parlamenti belə Qanunu qəbul edəcəyi halda, bütün agentlərin adını ortaya çıxara bilməyəcək. Bununla belə, siyasi məqsədlə bu və digər fərdi siyasi arenadan aradan çıxartmaq üçün əllərində istədikləri qədər material olacaq... 
 
Sultan Laçın
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla