AZ

Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib

Rəqiblər top-millilər olmasalar da, ortabab, yaxşı komandalardır.

Bunu “Report”a açıqlamasında, Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət komandasının baş məşqçisi İlham Yadullayev Avropa çempionatının 2024/2025 mövsümünün püşkünü dəyərləndirərkən deyib.

Mütəxəssis 6-cı qrupda Macarıstan, Yunanıstan və Rumıniya ilə mübarizə aparacaq U-17-nin rəqibləri haqqında danışıb: “Püşkü onlayn şəkildə izlədim. Birinci səbətdən Macarıstan, ikincidən Yunanıstan, üçüncüdən isə Rumıniya çıxdı. Biz də dördüncü səbətdə idik. Axtarışdayıq, rəqiblərin oyunlarını tapıb təhlil etmək niyyətindəyik. Bu yaşda yığmaların qarşılaşmalarını əldə etmək çətindir. Yalnız Macarıstanın oyunlarından birini tapmışdım, tam izləməsəm də, nəticəni öyrənmişdim. Səhv etmirəmsə, martda və ya apreldə Norveç yığmasına məğlub olmuşdular. Əlbəttə, digər rəqiblərin də oyunlarını tapıb baxacağıq. Qarşıda təlim-məşq toplanışlarımız olacaq. Səhv etmirəmsə, mayın 8-də oyunların hansı ölkədə keçiriləcəyi və təqvimi müəyyənləşəcək”.

İ.Yadullayev çatışmayan cəhət kimi U-17-nin beynəlxalq turnirlərdə tez-tez iştirak etməməsini göstərib: “Rəqiblərin əsas komandalarının hansı səviyyədə olduğunu bilirik. Yəqin ki, aşağı yaş qruplarından ibarət yığmaları da pis olmaz. Çünki Avropada müxtəlif beynəlxalq turnirlərdə və yoldaşlıq görüşlərində iştirak edirlər. Bizim isə çatışmayan cəhətlərimizdən biri belə turnirlərə az qatılmağımızdır. Bu, klublar səviyyəsində də olsa, uşaqlar yaxşı inkişaf edər, çox təcrübə toplayarlar”.

Baş məşqçi millinin növbəti toplanışa xarici ölkələrdə çıxış edən futbolçuları da dəvət edəcəyini söyləyib: “İki dəfə Belarusda toplanışda olduq. Xaricdə oynayan uşaqlar var. İlk toplanışa Almaniyadan iki, İsveçdən bir nəfər gəlmişdi. Bundan əlavə, Rusiyada olan uşaqları dəvət etmişdik. Bildiyiniz kimi, Barselonadakı futbol məktəbində 2008-2009 təvəllüdlü 15 futbolçumuz var. İkinci toplanışa həmin məktəbdən 5 nəfər dəvət etmişdik. Bir futbolçumuz Serbiyanın “Srvena Zvezda” klubunda çıxış edir, onu da çağırmışdıq. Çalışırıq ki, heç kimi nəzərdən qaçırmayaq və hamını təlim-məşq toplanışlarına çağıraq. Sonda kimlər istədiyimiz oyunu göstərəcəksə, əsas turnirə də onları dəvət edəcəyik”.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8920
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5498
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5317
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5101
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4988
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3903
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3176
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3044
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3044
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2818
Sabah 20 dərəcə isti olacaq
2808
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
2500
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2346
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2333
Röyanın biabırçı videosu yayıldı
2330
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2169
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2129
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2078
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1777
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1721