AZ

Fələstinə Eurovision qadağası

Bildirilib ki, bu il mayın 11-də İsveçdə keçiriləcək Eurovision Mahnı Müsabiqəsində tamaşaçılar Fələstin bayrağı ilə konsert sahəsinə daxil ola bilməyəcəklər.

Turkustan.az xəbər verir ki, bəyanatla çıxış edən Avropa Yayım Birliyi (EBU) mahnı yarışmasının keçiriləcəyi Malmö Arenaya Fələstin bayrağı və ya siyasi mesaj daşıyan pankartla daxil olmağın qadağan edildiyini açıqlayıb. Qəzzaya edilən hücumlardan sonra beynəlxalq ictimaiyyət və musiqisevərlər İsrailin mahnı yarışmasına qadağa qoyulması lazım olduğunu iddia edirdilər və EBU İsrail üçün Ukraynanı işğal edən ruslara verdiyi qadağa qərarını verə bilməzdi.

Digər tərəfdən, İsrailin mahnı seçimi də müzakirə mövzusu olub. EBU 'Oktyabr Yağışı' adlı İsrail mahnısının sözlərinin 'siyasi neytrallıq' qaydasını pozduğunu əsas gətirərək mahnını müsabiqədən kənarlaşdırdı. . Oxşar qadağa İsrailin ev sahibliyi etdiyi 2019 Avroviziya Mahnı Müsabiqəsində də tətbiq edilib , lakin İslandiyanı təmsil edən Hatari musiqi qrupunun üzvləri Fələstin bayrağını açaraq İsrailə etiraz ediblər .

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
1
Mənbələr
Şərh ()
Bağla