AZ

Ukrayna ABŞ-dən qətiyyətlə bu hərbi texnikanı istəyir - FOTO

Almaniyanın “Politico” nəşri Ukraynanın ABŞ-dən almaq istədiyi silahların adını öyrənib. Nəşr yazır ki, Ukrayna ordusu bəzi silah və texnikaların əldə edilməsinə xüsusilə önəm verir.


Sfera.az “Politico”ya istinadən xəbər verir ki, bu siyahıda ilk yerdə dayanan hərbi texnika Amerikanın “MQ-9 Reaper” pilotsuz təyyarələridir. 


Nəşrin iddiasına görə, Ukrayna yay aylarında yeni əməliyyatlara başlayacaq. Əməliyyatların uğurlu alınması üçün cəbhə xəttinin dərinliklərində Rusiya hədəflərini müəyyən etməyə kömək edəcək vasitələrə ehtiyacı var. 


Bu baxımdan “Politico” nəşri Ukrayna ordusuna daha təkmil pilotsuz uçuş aparatlarının lazım olduğunu vurğulayıb: “Son aylarda Ukrayna ordusunun arzuladığı vasitələr siyahısında birinci yerə ABŞ-nin “MQ-9 Reaper” pilotsuz kəşfiyyat təyyarəsi yüksəlib. Ukrayna bu texnika ilə daha çox maraqlanır. Bu dronlar müharibənin ilk günlərindən Kiyev üçün prioritet olub. Əvvəllər onların həm zərbə, həm də kəşfiyyat missiyaları üçün istifadə edilməsi nəzərdə tutulurdusa, indi Ukrayna “MQ-9 Reaper”dən yalnız kəşfiyyat üçün istifadə etməkdə maraqlıdır”. 


“MQ-9 Reaper” ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, eləcə də Britaniya Hərbi Hava Qüvvələri üçün hazırlanmış modul tipli kəşfiyyat və zərbə dronudur. Onun ilk uçuşu 2001-ci ilin fevralında həyata keçirilib. Pilotsuz təyyarə 400 km/saatdan çox sürətlə uça, 24 saatdan çox havada qala və faydalı yük daşıya bilir. 


Vasif

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
50
Mənbələr
Şərh ()
Bağla