AZ

Onların qayğıya ehtiyacı var...

Yeganə BAYRAMOVA

Heç kim əlil olmağı seçmir. Əlillik nə irsən, nə də yoluxucu xəstəlik sayılır. İnsanın iradəsi xaricində olan əlillik anidən və bir göz qırpımında baş verir. Sığortalanması heç cür mümkün olmayan bu hal yaş, din, dil, irq fərqi də tanımır. İstənilən anda, zamanda və məkanda hamımızın əlil olma ehtimalı var. Əlillik və şikəstlik müxtəlif yollarla yaranır: anadangəlmə, müharibələr, yol-nəqliyyat hadisələri, istehsalat qəzaları, xəstəliklər nəticəsində qazanılmış əlillik və şikəstlik... Ümumiyyətlə, əlillər hər cəmiyyətdə ən həssas təbəqə sayılırlar. Elə buna görə də bütün dünyada fiziki imkanları məhdud olan insanlara dövlətlər və cəmiyyətlər səviyyəsində qayğı göstərilir, onların reabilitasiyası, məşğulluqlarının təmin olunması istiqamətində konkret addımlar atılır.

Fiziki və əqli qüsurlu insanlar tarix boyu bütün ictimai formasiyaların diqqətini cəlb edib. Müxtəlif dövrlərdə dövlət tərəfindən bu məsələyə fərqli prizmalardan yanaşılsa da, fiziki və əqli qüsurlu insanlar cəmiyyətin daim diqqət mərkəzində olub. Onlara cəmiyyətin böyük əksəriyyəti qayğı ilə yanaşıb, imkan dairəsində onlara yardım etməyə çalışıblar. 

Yeri gəlmişkən, mayın 5-i Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən hər il mayın 5-i bütün dünyada qeyd olunur.

Bu gün sivil ölkələrin yol infrastrukturları qurularkən əlillər də birmənalı olaraq nəzərə alınır. Onların rahat hərəkəti üçün ictimai nəqliyyatlarda xüsusi vasitələr nəzərdə tutulur. Ölkəmizdə də bu məsələyə xüsusi diqqət yetirilir. Məsələn, Azərbaycana xaricdən gətirilən ictimai nəqliyyatların içərisində əlillərin düşüb-çıxması üçün şərait qurulub. 

Yer kürəsində nə qədər əlil insan var?

Dünyada əlil, həmçinin əqli və fiziki cəhtədən qüsurlu insanların sayı barədə müxtəlif rəqəmlər mövcuddur. BMT-nin verdiyi məlumata əsasən hazırda Yer kürəsində təxminən 350-400 milyon nəfərə yaxın fiziki və əqli qüsurlu insanlar, o cümlədən sonrlar müxtəlif hadisələr nəticəsində zədələnərək əlil olan insanlar var. İnkişaf etmiş dövlətlər əlillərin, həmçinin fiziki və əqli qüsurlu insanların sosial müdafiəsi və onların hüquqlarının qorunması üçün hər il milyardlarla dollar vəsait ayırırlar. Buna paralael olaraq müxtəlif ictimai təşkilatlar və xeyriyyə fondları tərəfindən də əlillərin, fiziki və əqli qüsurlu insanların müalicəsi, istirahətlərinin təşkili, işlə təmini və onların cəmiyyətə inteqarasiyası üçün böyük həcmdə vəsaitlər xərclənir. Bu məsələ Azərbaycanda da diqqət mərkəzindədir. Ölkəmizdə əlillərin sosial müdafiə, hüquqlarının qorunması və cəmiyyətə inteqrasiyası önəmli vəzifələrdən biridir.

Fiziki qüsurlu şəxsləri cəmiyyətə qazandırmaq insanların öz əllərindədir. Onlara adi insan kimi yanaşmaq, onlara yazığı gəldiyini göstərməyib əksinə, normal söhbət etmək, birlikdə əylənmək, hətta evlənmək belə müsbət haldır. Nəticədə heç kimin gələcəkdə nə yaşayacağı bəlli deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7633
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5155
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4887
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4677
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4444
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3673
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2956
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2710
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2683
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2622
Sabah 20 dərəcə isti olacaq
2595
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2260
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2183
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2068
Röyanın biabırçı videosu yayıldı
2066
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2016
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1718
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1690
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1584
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1581