AZ

ABŞ-nin Suriyadakı hərbi bazası hücuma məruz qaldı


Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağındakı Amerika bazası hücuma məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl Məyadin” telekanalı yerli mənbəyə istinadla məlumat yayıb.
“Əl-Ömər neft yatağındakı Amerika bazasına 7 raket atılıb. onlardan üçü bazanın ərazisinə, digər dördü yaxınlığına düşüb”, - məlumatda bildirilib.
Məlumata görə, baza ərazisində tüstü sütunları müşahidə olunub. Tələfat barədə hər hansı məlumat verilməyib.
Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri İraq və Suriyadakı Amerika bazaları vaxtaşırı hücumlara məruz qalır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla

Reytinq