AZ

Şahmatçılarımız 125 min dollarlıq yarışda

Bakı. Trend:

Bu gün BƏƏ-də şahmat üzrə “Dubai Police Global Chess Challenge”turniri start götürəcək.

Trend İdman.biz-əistinadən xəbər verir ki, 3 kateqoriya üzrə təşkil olunacaq yarışdaAzərbaycan 7 zəka sahibi ilə mübarizə aparacaq.

Ən güclülərin mübarizəsində Eltac Səfərli (2612), AydınSüleymanlı (2607) və Əhməd Xaqan (2321) çıxış edəcək. AyanAllahverdiyeva (2152) ilə Kamal İsfəndiyarlı (1836) Bkateqoriyasında lövhə arxasına keçəcək.

18 yaşına qədər olan şahmatçılar arasında isə Məhəmməd Kazımzadəvə Elşad Yusif Əliyev iştirak edəcək.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçiriləcək yarış 9 turdanibarət olacaq. Ümumi mükafat fondu 125 min dollar olan turnir mayın13-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla

Reytinq