AZ

BU DEPUTATLAR MANDATLA VİDALAŞA BİLƏR - Yaxınlaşan seçkilərlə bağlı yeni iddialar

Son günlər gündəmi zəbt edən əsas mövzulardan biri də Azərbaycanda yeni parlament seçkilərinin nə vaxt keçiriləcəyi ilə bağlıdır. Yayılan məlumatlar bu prosesin çox da uzaqda deyil, yaxın 2-3 ay ərzində baş tutacağını söyləməyə əsas verir.

"AzPolitika"-ya müxtəlif mənbələrdən daxil olan məlumatlar göstərir ki,  hakimiyyət yeni parlamentin daha gənc və dinamik şəxslərdən formalaşmasında maraqlıdır. Ona görə də hakim partiyanın siyahısının xeyli "gəncləşəcəyi" gözlənilir. Eyni zamanda seçkilərə bitərəf və başqa partiyanın namizədi kimi qatılan yaşlı şəxslərin də bu dəfə hakimiyyətin dəstəyini ala bilməyəcəyi iddia edilir. Odur ki, yaşı 70-i ötmüş bir çox köhnə simaların deputat mandatı ilə vidalaşacağı gözlənilir. 

Məlumat üçün qeyd edək ki, hazırda Milli Məclisdə təmsil olunan 125 deputatın 21-i 70 yaş və üzərindədir.

Parlamentin ən yaşlı deputatı Ziyad Səmədzadədir (83 yaş). Onu Eldar İbrahimov (79 yaş) və Mixail Zabelin (78 yaş) izləyir.

“70-i ötmüşlər” siyahıdakı digər deputatların adlarını təqdim edirik:

- Fəzail Ağamalı (77 yaş);

- Sabir Rüstəmxanlı (77 yaş);

- Vahid Əhmədov (77 yaş);

- Əhliman Əmiraslanov (76 yaş);

- İsa Həbibbəyli (75 yaş);

- Tahir Rzayev (74 yaş);

- Aqiyə Naxçıvanlı (74 yaş);

- Fəzail İbrahimli (73 yaş);

- Elman Məmmədov (73 yaş);

- Rasim Musabəyov (73 yaş);

- Bəxtiyar Sadıqov (73 yaş);

- Eldar Quliyev (72 yaş);

- Anatoliy Rafailov (71 yaş);

- Əli Məsimli (71 yaş);

- Aqil Abbas (71 yaş);

- Cavanşir Paşazadə (71 yaş);

- Sabir Hacıyev (70 yaş);

- Asim Mollazadə (70 yaş).

Eyni zamanda hazırda deputat olan və seçiləcəyi təqdirdə bundan sonrakı seçkidə 70 yaş “radarına” düşəcək Milli Məclis üzvlərinin sayı da az deyil.

Belə ki, hazırda parlamentdə pensiya yaşını keçən, yəni 65-69 yaş aralığında olan daha 14 deputat var – Oqtay Əsədov (69 yaş), Rauf Əliyev (68 yaş), Rafael Hüseynov (68 yaş), Anar İsgəndərov (68 yaş), Hicran Hüseynova (68 yaş), Tahir Kərimli (68 yaş), Səttar Möhbalıyev (68 yaş), Sədaqət Vəliyeva (67 yaş), Məlahət İbrahimqızı (66 yaş), Aydın Mirzəzadə (66 yaş), Musa Qasımlı (66 yaş), Ağalar Vəliyev (66 yaş), Tamam Cəfərova (65 yaş), İmamverdi İsmayılov (65 yaş).

Elvin Bəyməmmədli

"AzPolitika.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
231
19
Mənbələr
Şərh ()
Bağla

Reytinq