AZ

Seçkiqabağı şorğu – Tramp Baydeni 10 faiz qabaqlayır


Keçmiş ABŞ lideri Donald Tramp seçicilərin dəstəyinə görə yenidən dövlət başçısı postu uğrunda mübarizə aparan ABŞ Prezidenti Co Baydeni 10 faiz qabaqlayır.
Yeniavaz.com
xəbər verir ki, bunu “Rasmussen Reports” tədqiqat təşkilatının dərc etdiyi sorğunun nəticələri sübut edir.
Sorğu iştirakçılarından prezidentliyə namizədlər demokrat Co Bayden, respublikaçı Donald Tramp və müstəqil namizəd kiçik Robert Kennedi arasında kimə səs verəcəkləri soruşulub.
Respondentlərin 46%-i Trampa, 36%-i Baydenə, 9%-i isə kiçik Kennediyə üstünlük verib.
Bununla da, Tramp ötən ayla müqayisədə liderliyini 4 faiz artırıb. Belə ki, təşkilatın aprelin 4-nə olan məlumatına görə, seçicilərin 44% -ı Trampı, 38%-i Baydeni, 10%-i isə kiçik Kennedini dəstəkləyib.
Sorğuda 1205 seçici iştirak edib. Sorğunun nəticələrinin statistik səhvi üç faiz qiymətləndirilib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden də Demokratlar Partiyasından kifayət qədər nümayəndənin dəstəyini qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
25
Mənbələr
Şərh ()
Bağla

Reytinq