AZ

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək marafon iştirakçılarının diqqətinə: hava necə olacaq?

 

Mayın 5-də Bakıda və Abşeron yarımadasında havanın arabir tutulub açılacağı gözlənilir.  

Səhər saatlarında, əsasən saat 10:00-12:00 radələrində bəzi yerlərdə zəif yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətinin direktoru Nazim Mahmudov "Operativ Media"ya bildirib ki, gün ərzində mülayim cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin 7-12 m/s, arabir 14-16 m/s təşkil edəcəyi, havanın temperaturunun 17-21 dərəcə isti olacağı gözlənilir.

Xidmət rəsmisi marafon iştirakçılarından geyimlərini hava şəraitinə uyğun seçmələrini tövsiyə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
19
Mənbələr
Şərh ()
Bağla

Reytinq