AZ

Mark Libbi Şuşaya niyə getmədiyini açıqladı - “ABŞ səfirinin cəsarəti və vicdanı çatmır...”

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi indiyə qədər işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşaya səfər etməməsi barədə danışıb. O, bir qrup jurnalistə müsahibəsində deyib ki, səfir kimi onun Azərbaycan ərazisində səfərlərini səfirlik planlaşdırır.

“İndiyədək, Azərbaycanın bir neçə regionunda səfərdə olmuşam. Bunu siyasi səbəbləri yoxdur. Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir...Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm...Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”, - M.Libbi bildirib.

Politoloq Fərhad Məmmədov səfirin dediklərini şərh edərkən bildirib ki, onun məntiqi ilə Azərbaycanda akkreditə olunmuş və Şuşaya səfər etmiş bütün digər diplomatlar “kimlərinsə şousunda” iştirak ediblər: “ABŞ-nin Azərbaycandakı səfiri azad edilmiş əraziləri geri qaytarılmış hesab edir... Gülməlidir. O zaman brifinqdə iştirak edən jurnalistlərin cənab Libbiyə vermədiyi sual: əraziləri Azərbaycana kim qaytarıb?! Bəs beynəlxalq hüquqda başqa dövlətin ərazilərini nəzarətdə saxlamağın adı nədir?! Təsadüfən işğal deyilmi?! Bağışlasın, cənab Libbi Ermənistanı işğalçı ölkə adlandıracaq qədər cəsur deyil... Onun cəsarəti və vicdanı çatmır...”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla