AZ

“Rusiyanı məğlub etmək üçün hər şeyi etməliyik" – “Müharibə yeni mərhələyə qədəm qoyub”

“Ukrayna ona qarşı başladılmış müharibənin yeni mərhələsinə qədəm qoyur”.

“AzPolitika” xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski Xmelnitski sərhədçiləri ilə görüşündə bildirib.

Ukrayna liderinin sözlərinə görə, Rusiya hücum əməliyyatlarını genişləndirmək cəhdlərinə hazırlaşır.

“Hamımız birlikdə, bütün ukraynalılar, əsgərlərimiz, dövlətimiz, tərəfdaşlarımız Rusiyanın hücum planını məğlub etmək üçün hər şeyi etməliyik", - Zelenski bildirib.

Ukrayna Prezidenti Rusiya qüvvələrinin hücum əməliyyatlarının mümkün istiqamətlərini dəqiqləşdirməyib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski bir müddət əvvəl “The Economist” jurnalına müsahibəsində bildirmişdi ki, Moskva may ayında Donetsk, Xarkov və Sumı bölgələrində qüvvələr toplayıb hücuma başlayabilər.

Skibitski yaxın gələcəkdə Donetsk vilayətində Ukrayna ordusunun əsas bazalarından biri olan Çasov Yarın ciddi hücuma məruz qalacağını istisna etməyib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla

Reytinq