AZ

“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”

“ “Xarici agentlər” haqqında “Rusiya” qanunu Gürcüstanda yeganə problem deyil”.
 
Moderator.az xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili Almaniyanın “Deutsche Welle” nəşrinə müsahibəsində Tbilisidə baş verən hadisələrı (kütləvi etirazlar) belə dəyərləndirib.
 
“Hakimiyyət gürcü həmkarlarını inqilabın agentləri kimi təqdim etməyə çalışır, çünki onlar hesab edirlər ki, sonuncular onları devirməyə cəhd edir. Amma Rusiya haqqında susurlar, sanki bizim yeni “dostumuz”dur. Deməli, problem təkcə “Rusiya” qanununda deyil, problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”, - deyə o bildirib.
 
Prezidentin sözlərinə görə, Gürcüstan əhalisinin əksəriyyəti belə siyasətin əleyhinədir.
“Bu, son dərəcə narahatedicidir və hesab edirəm ki, bizim avropalı tərəfdaşlarımız burada baş verənlərlə bağlı düzgün addımlar atmalıdırlar. Qarşıdan gələn seçkilərə çətin yolu keçməzdən əvvəl onların diqqətinə ehtiyacımız var”, - deyə Salome Zurabişvili vurğulayıb.
 
S.Laçın
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla