AZ

Tramp sülh planı hazırladı – Noyabra qədər...

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişəni sülh yolu ilə bitirmək üçün plan hazırlayıb, amma bunu noyabrda keçiriləcək prezident seçkilərindən əvvəl açıqlamayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş liderinə yaxın mənbə “The Daily Telegraph”a bildirib.

“Plan var, amma o, bunu ictimai formada müzakirə etməyəcək, çünki bu durumda bütün rıçaqları itirə bilərsən”, - mənbə Britaniya nəşrinə deyib.

Mənbənin sözlərinə görə, bunun əvəzinə Tramp münaqişənin sülh yolu ilə həllinə tərəfdar olan seçiciləri cəlb etmək üçün münaqişəyə son verə biləcəyinə dair sadə mesajlara diqqət yetirəcək.

Tramp apreldə “Time” jurnalına müsahibəsində söyləmişdi ki, seçiləcəyi təqdirdə Avropa da vəsait ayırmasa, Ukraynaya yardım etməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
29
Mənbələr
Şərh ()
Bağla