AZ

Ərdoğanla görüşdən əvvəl Necdət Sezər mənə dedi ki...

CHP lideri Özgür Özəlin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşündə partiya sədrini müşayiət edən şəxsin adı açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə Ö.Özəl özü məlumat verib.

O vurğulayıb ki, Ərdoğanla görüşdə onu bir vaxtlar səfir kimi fəaliyyət göstərən, eyni zamanda CHP-nin İstanbul üzrə millət vəkili Namiq Tan müşayiət edib:

“Mən cənab Ərdoğanla görüşdən bir neçə gün əvvəl Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezəri ziyarət etdim. Bir məsələ ilə bağlı mənə məsləhət verdi. Cənab Ərdoğanın Şəxsi Katibliyinin rəhbərinin (Həsən Doğan) və protokol müdirinin səfir olduğunu xatırlatdı. Bildirdi ki, mən də partiyada fəaliyyət göstərən səfirlərdən birinə vəzifə verməliyəm. Hansı ki, protokolun gedişatını, görüşlə bağlı bütün prosedurları protokol müdiri ilə koordinasiyalı şəkildə həmin səfirin yerinə yetirməsi düzgün olardı. Mən də bu işi Namiq Tana həvalə etdim. Çünki o partiyadan olan deputatlar arasında yeganə səfirdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
1
Mənbələr
Şərh ()
Bağla