AZ

Konfrans Liqasında həftənin birincisi oldu

Konfrans Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Bu nominasiyada “Olimpiakos”un hücumçusu Ayub Əl-Kaabi qalib gəlib. Bu barədə UEFA-nın saytı məlumat yayıb. Mərakeşli futbolçu yarımfinalın “Aston Villa” ilə ilk oyununda komandasının 4:2 hesablı qələbəsində üç qol vurmaqla rol oynamışdı.

Əl-Kaabi UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda digər namizədi – “Fiorentina”nın hücumçusu Mbala Nzolanı arxada qoyub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
Mənbələr
Şərh ()
Bağla