AZ

Rusiya DİN Zelenskini axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna prezidenti Vladimir Zelenskini axtarışa verib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya DİN-nin məlumat bazasında məlumat yerləşdirilib.

“Vladimir Aleksandroviç Zelenski, 25 yanvar 1978-ci il. Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, -deyə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında qeyd olunub.

Onun hansı cinayətə görə axtarışda olduğu açıqlanmayıb.

Məlumat bazasında axtarışda olan şəxsin doğulduğu yer də göstərilib. Zelenskinin Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində doğulduğu qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
50
Mənbələr
Şərh ()
Bağla