AZ

Kristof Qaltye: “Mən intiqamın qurbanı olmuşdum”

Qətərin “Əl-Duhail” komandasının baş məşqçisi Kristof Qaltye etnik, milli, irqi və dini ayrı-seçkilik ittihamları ilə bağlı danışıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, fransız mütəxəssis ötən mövsüm PSJ-nin baş məşqçisi ikən “Nitsa”da işlədiyi dövr (2021-2022) ərzində, sadalanan məqamlara dair üzləşdiyi ittihamlarla bağlı açıqlama verib:

“Xoşbəxtlikdən ittiham edildiyimi oxuyanda avtomobilin sükanı arxasında deyildim. İrqçilik və ayrı-seçkilik mənim fəlsəfəmin bir hissəsi deyil, çünki mən multikultural mühitdə böyümüşəm və karyeram boyu belə bir mühitdə inkişaf etmişəm. Ona görə də belə ittihamlarla məhkəməyə gəlmək mənim üçün əsl sarsıntı oldu. Bu, mənim həyatımdakı çətinliklərin bir hissəsidir.

Fürsətdən istifadə edərək, Əlahəzrət Əmir Təmim bin Həməd Əl-Taniyə, prezident Nasser Əl-Xelaifiyə, Luiş Kampuşa, həmçinin Jan-Pyer Riveraya, ser Cim Retkliff və “Nitsa”dan Devid Breylsforda təşəkkürümü bildirirəm.

Onlar mənim üçün böyük dayaq oldular və intiqamın qurbanı olduğuma inamımı gücləndirdilər. Qisasla bağlı bu fikir mənim deyil. Məhkəmə qərarında da görünür. Bu, biabırçılıq idi. Sonda tamamilə və birdəfəlik rahatlandım. Ədalət mənim təqsirsiz olduğumu təsdiqlədi”, deyə Kristof Qaltye məmnunluqla bildirib.

Xatırlayaq ki, ötən ilin dekabrında fransız mütəxəssisə qarşı bütün ittihamlar əsassız sayılaraq, ləğv edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
Mənbələr
Şərh ()
Bağla