AZ

"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN

 
"Rusiyanın hərbi iflası göz önündədir, Avropa və onun tərəfdaşları Ukraynaya dəstəkdə tələb olunanadək birlik və qətiyyət göstərəcək..."
 
"Fransa vətənlərində təhlükə ilə üzləşən rusiyalıları qəbul etməyə hazırdır..."
 
Kremlə müxalif "Novaya qazeta-Yevropa" nəşrinin jurnalistləri Fransa XİN rəhbəri Stefan Sejurne ilə söhbət edib. Siyasətçi Rusiya-Fransa münasibətləri ilə bağlı bir sıra sualları cavablandırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "dsnews.ua" nəşri məlumat yayıb.
 
Sejurne o cümlədən bəyan edib ki, Rusiya Federasiyası Avropa demokratiyasına əhəmiyyətli zərər vura biləcək proseslərin arxasında dayanır, bunlar "dezinformasiya üzrə kampaniyalar və diplomatik feyklərin yayılmasıdır".
 
Diplomat belə taktikanı "demokratiyanın kütləvi qırğın silahı" adlandırıb.
 
Sejurnenin fikrincə, belə manipulyasiyalar yolu ilə Kreml hələ 2017-ci ildə Fransadakı seçkilırə təsir göstərməyə cəhd edib. Ukraynada müharibə başlanandan belə müdaxilə cəhdləri güclənib.
 
Stefan Sejurne qeyd edib ki, Fransa hakimiyyəti vətənlərində təhlükəyə məruz qalan rusiyalıları qəbul etməyə hazırdır.
 
O cümlədən Avropa İttifaqı bu ölkənin ərazisində Ukrayna cəbhəsinə səfərbər olunmaq təhlükəsi ilə üzləşən Rusiya vətəndlarına sığınacaq xahiş edə bilər.
 
Qəzetin jurnalisti qeyd edib ki, Fransada belə müdafiə əldə etmək kifayət qədər çətindir. Sejurne həmsöhbətini əmin edib ki, Paris vəziyyətin inkişafını diqqətlə izləyir və gələcəkdə sığınacaq verilməsi meyarlarını dəyişməyə hazırdır.
 
Fransa XİN rəhbəri prezident Emmanuel Makronun Fransa nizami ordusunun Ukraynaya göndərilməsi üzrə təşəbbüsünü şərh edib. 
 
Sejurne qeyd edib ki, belə əməliyyat zamanla tələb  olunanadək davam edə bilər və "heç bir variant istisna edilmir".
 
"Avropa və onun tərəfdaşları tələb olunanadək birlik və qətiyyət göstərəcək. Rusiyanın hərbi iflası artıq göz önündədir.
 
Bizim dəyərləndirmələrimizə görə, Rusiyanın hərbi itkiləri 500 min nəfərdir, onlardan 150 min nəfəri həlak olub. Bütün bunlar nəyə lazımdır ki? Qısa desək, heç nəyə", - Fransa XİN rəhbəri hesab edir.
 
O, əlavə edib ki, Paris Rusiyanın dondurulan aktivlərindən gələn gəlirlərdən Ukraynanın müdafiəsi üzrə səylərin və ölkənin bərpa edilməsinin maliyyələşməsinə istifadə edilməsini təklif edir.
 
Jurnalistlər Rusiyada fəaliyyətini davam edən Fransanın "Aşan", "Lerua Merlen" və "Dekatlon" şirkətlərinə qarşı Parisin tədbirlər görüb-görməyəcəyi ilə bağlı sual ünvanlayıb. 
 
Sejurne qeyd edib ki, bu təşkilatlar harada işləmək barədə qərarı özləri sərbəst şəkildə qəbul edir. Əsas odur ki, sanksiyalara riayət edilsin. Lakin bu şirkətlər özlərinin imici və işgüzar nüfuzu barədə düşünməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
50
Mənbələr
Şərh ()
Bağla