AZ

Uorren Evans: “İqlim dəyişikliyi ilə mübarizəni maliyyələşdirmək üçün özəl kapitalı cəlb etməliyik”

İqlim dəyişikliyinə qarşı mübarizəni maliyyələşdirmək üçün özəl kapitalın cəlb edilməsi ilə bağlı daha çox səylər göstərilməlidir.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu jurnalistlərə Asiya İnkişaf Bankının(ADB) iqlim dəyişikliyi məsələləri üzrə xüsusi baş müşaviri Uorren Evans bildirib.

“İqlim dəyişikliyi ilə mübarizəni maliyyələşdirmək üçün iki məsələ vacibdir: Birincisi, daha zəngin ölkələr öz öhdəliklərini yerinə yetirməklə yanaşı, öhdəliklərini həm də artırmalıdırlar. Bu, çox aydın siyasi məsələdir, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransı (COP) məhz bununla bağlıdır. İkincisi isə özəl kapitalı cəlb etməkdə daha innovativ olmaqdır”, - o vurğulayıb.

U.Evansın sözlərinə görə, ADB kifayət qədər böyük işlər görür: “İqlim maliyyələşdirməsini kəskin şəkildə artırmaq üçün donor ölkələrin qarantiyalarından istifadə edən Asiya-Sakit Okean regionunda iqlim dəyişikliyi ilə mübarizəni maliyyələşdirməklə bağlı innovativ mexanizmimiz var. Özəl kapitalı səfərbər etmək üçün bu innovativ yanaşmaların çoxuna ehtiyacımız var”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
2
Mənbələr
Şərh ()
Bağla