AZ

"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Mayın 4-də Heydər Əliyev Muzeyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunan muxtar respublikanın ümumitəhsil məktəblərinin müəllimləri ilə görüş keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov təltif olunan müəllimləri təbrik edərək bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi, təhsilə böyük qayğı göstərmiş, bu sahənin inkişafına xüsusi diqqət göstərmişdir.

 

Qeyd olunub ki, "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmaları müəllimlərin əməyinə verilən ən yüksək qiymətdir.

 

Tədbirdə təltif olunan müəllimlər fəaliyyətləri dövründə ümumilli liderlə görüşləri ilə bağlı xatirələrindən danışıblar.



Görüşdə iştirakçılar muzeydə dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla da tanış olublar.


Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən muxtar respublikanın ümumtəhsil məktəblərindən 9 müəllim ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17932
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14758
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9902
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8317
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7386
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7159
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7112
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7031
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6944
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6666
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5694
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5417
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5195
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
5073
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4834
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4546
Sabah 20 dərəcə isti olacaq
4229
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3982
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3345
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3273