AZ

İsa Qəmbər 10 ildən sonra yenidən başqan seçildi


2014-cü ildə Müsavat Partiyasının başqanlığından gedən İsa Qəmbər yenidən başqan postuna seçilib.
Yeniavaz.com
musavat.com-a istinadən xəbər verir ki, bu gün Müsavat Partiyasının XI qurultayı keçirilib.
Qurultayda sərbəst Məclis üzvləri, Divan üzvləri, Mərkəzi Nəzarət Komissiya üzvləri və yeni başqan seçkisi keçirilib. Seçkidə 282 nəfər iştirak edib, onlardan 3 nəfər əleyhinə, 279 nəfər isə İsa Qəmbərin xeyrinə səs verib.
Beləliklə, başqan postuna yeganə namizəd olan İsa Qəmbər yenidən partiya başqanı seçilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
50
Mənbələr
Şərh ()
Bağla