AZ

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

“Marc

Bakı, 4 may, AZƏRTAC

Lüks brendlərdən nümunə götürən “Marc Jacobs” “İnsanlar heyvanlara etik münasibət uğrunda” (PETA) təşkilatının bəyanatına müvafiq olaraq, öz kolleksiyalarında sürünənlərin və dəvəquşuların dərisindən istifadəyə qadağa qoyacağını təsdiqləyib.

AZƏRTAC bu barədə xarici mediaya istinadla xəbər verir.

“PETA “Marc Jacobs”un sərt sənaye ilə əlaqəni kəsmək barədə bu qərarını alqışlayır və bütün dünyada dizaynerləri ondan örnək götürməyə səsləyir”, - deyə PETA-nın korporativ məsuliyyət üzrə direktoru Lora Şilds bildirib.

Nadir heyvanların dərisindən istifadə olunmasından indiyədək “Stella McCartney”, “Victoria Beckham”, “Chanel”, “Carolina Herrera”, “Diane von Furstenberg”, “Jean Paul Gaultier”, “Karl Lagerfeld”, “Nordstrom” və “Vivienne Westwood” brendləri imtina edib. PETA “Dior”, “Louis Vuitton”, “Givenchy” və digər brendlərə sahib LVMH konqlomeratından örnək götürməyi məsləhət görür.

Təşkilat LVMH-nin bir çox brendinin yerləşdiyi Parisdə bu il keçiriləcək Olimpiya Oyunları astanasında öz səylərini fəallaşdırıb, onun heyvanların dərisinə yanaşmasında mövqeyinə baxmayaraq, Oyunların rəsmi tərəfdaşı qismində dəbli qrupu qəbul etdiyinə görə Beynəlxalq Olimpiya Komitəsini tənqid edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla