AZ

"Kızılcık şerbeti"nin ulduzu eşq xəbərlərinə cavab verdi

"Kızılcık şerbeti" serialında rol alan Sıla Türkoğlu tərəf müqabili Doğukan Güngörlə haqqında çıxan eşq xəbərlərinə cavab verib.

OLAY yazır ki, aktrisa bu barədə instaqram hesabında paylaşım edib.

"Dünən axşam dostlarımla qatıldığım bir tədbirdən sonra bəzi səhifələrdə mən və tərəf müqabilim haqqında əsassız xəbərlər gördüm. Aramızda çəkiliş dostluğundan başqa heç bir münasibət yoxdur. Xəbərlər doğru deyil. Məni bu cür olaylardan çıxarsanız sevinərəm", - deyə, Türkoğlu yazıb.

Qeyd edək ki, aktyorlar daha öncə sevgili olub, ayrılıblar. Onlar ötən günlərdə küsülülüklərinə son qoyublar.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
Mənbələr
Şərh ()
Bağla