AZ

Kursk vilayətində iki ev atəşə tutulub

Kursk vilayətinin qubernatoru Roman Starovoyt bölgənin iki rayonunun Ukraynadan atəşə tutulduğunu bildirib. Hər iki halda itki olmayıb.

Onun sözlərinə görə, Qluşkovski rayonunun Korovyakovka kəndinə 10 mərmi atııb.Atəş nəticəsində 5 təsərrüfat, bir traktor, yük maşını və minik avtomobilinə ziyan dəyib.

Bu arada Korenevski rayonunun Uspenovka kəndində iki fərdi yaşayış evi atəşə tutulub. Qubernator özünün Telegram kanalında qeyd edib ki, vəziyyət imkan verən kimi yanğınsöndürənlər yanğını söndürməyə başlayacaqlar.

O, hadisə yerindən fotonu da dərc edib və əmlakın bərpasında sahiblərinə köməklik edəcəyinə söz verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kursk vilayətində məzunların davamlı atəşə tutulması səbəbindən Vahid Dövlət İmtahanında iştirak etməməyə icazə verilib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla