AZ

Nadir Adilov: Ankarada keçiriləcək Dünya Mediatorlarının Birinci Forumunun əsas təşkilatçılarından olmağımız qürurvericidir

Ankarada Dünya Mediatorlarının Birinci Forumu keçiriləcək.

Bu barədə Editor az-a açıqlamasında Mediasiya Şurası İdarə heyətinin sədri, Türk Dünyası Mediatorlar Birliyinin sədr müavini Nadir Adilov qeyd edib ki, 2024-cü il son aylarında Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Türk Dünyası Mediatorlar Birliyi tərəfindən Dünya Mediatorlarının Birinci Forumunun keçirilməsi barədə Türk Dünyası Mediatorlar Birliyi qərar verib.

Qeyd edilən forumun ilk dəfə keçiriləcəyini bildirən Nadir Adilov qeyd edib ki, Azərbaycan Mediasiya Şurasının bu dünya əhəmiyyətli tədbirdə əsas təşkilatçılardan biri olması qürurvericidir. O qeyd edib ki, keçirilməsi planlaşdırılan beynəlxalq forum mediasiyanın dünya səviyyəsində markalaşmasında və daha geniş tərkibdə mediasiyanın qarşısında duran hədəfləri müzakirə etmək üçün gözəl platforma olacaq.

//Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla