AZ

Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO

“Təhsil naziri olduğum dövrdə qohumlarım arasında vəzifəyə təyin etdiyim insanlar olub”.

Bunu Baku TV-yə açıqlamasında sabiq təhsil naziri Misir Mərdanov deyib.

Keçmiş nazir qohumlarını vəzifəyə təyin edərkən onların bacarığını əsas götürdüyünü bildirib:

“Qabiliyyəti, bacarığı olanı vəzifəyə təyin etmək lazımdır, qohumları yox. Amma onların içində qohumlar da ola bilər. Elə qohumlarım var ki, bu gün də işinə davam edir. Bəziləri isə təqaüd yaşı çatdığına, yaxud başqa səbəblərə görə vəzifədən gediblər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
16
Mənbələr
Şərh ()
Bağla