AZ

Ruslar yenə də rusları bombalayıb..?

Belqorodda baş verən partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya aparılıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

Qeyd edək ki, qubernatorpartlayışın səbəbi barədə danışmasa da, lakin 30 fərdi ev və 10 avtomobilə ziyan dəydiyi faktdır.

Deyilənlərə görə, səlahiyyətlilər partlayışdan əvvəl raket təhlükəsi elan etməyiblər.

Onlar həmçinin partlayışı Ukraynadan mümkün atəşlə əlaqələndirməyiblər.

Baza-nın məlumatına görə, mərmi Belqorodun özəl sektoruna düşüb. Bununla belə, bir sıra yerli teleqram kanalları evin üzərinə Rusiya hava bombasının düşə biləcəyini irəli sürür.

“Pepel” teleqram kanalının məlumatına görə, partlayış yerindən fotoya əsasən, bir neçə evə ciddi ziyan dəyib ki, bu da dron partlayışı üçün xarakterik deyil.

...Belqoroddakı partlayışla təxminən eyni vaxtda Ukraynanın bir neçə on kilometr aralıda yerləşən Xarkov şəhərinə Rusiya zərbələri endirdiyi bildirilir.

Orada,yerli hakimiyyət orqanlarının məlumatına görə, sənaye müəssisələrindən birində yanğın başlayıb.

Dörd nəfərin öldüyü bildirilir.

Yeri gəlmişkən, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri, Belqorod bölgəsində 120 nəfər ölüb, 600-dən çox insan yaralanıb.

...Və Belqorodun ən intensiv atəşə tutulması bu ilin martında qeydə alınıb.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
50
Mənbələr
Şərh ()
Bağla