AZ

“Sağlam gənclik naminə narkomaniyaya yox deyək!” - FOTOLAR

Antinarkotik təbliğatı çərçivəsində Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Sağlam gənclik naminə narkomaniyaya yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir şəhər 2 nömrəli tam orta məktəbdə təşkil olunub.

Avtosfer.az xəbər verir ki, çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Anar Şıxəliyev narkomiyanın insan həyatına, sağlam gənc nəslin yetişməsinə mənfi təsirləri, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri ilə bağlı məktəblilərə və tədbir iştirakçılarına geniş məlumat verib.

Digər çıxış edənlər şagirdlərə hansı yaş kateqoriyasında olmalarına baxmayaraq hər zaman öncəliklə sağlam həyat tərzi sürmələrini, güclü iradəyə sahib olub zərərli vərdişlərin təsiri altına düşməmələri ilə bağlı tövsiyələrini veriblər.

Daha sonra müzakirə edilən mövzu ilə bağlı videoçarx təqdim edilib və şagirdlərin sualları cavablandırılıb.

FOTO QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
Mənbələr
Şərh ()
Bağla