AZ

“ABŞ İsrailə təzyiq göstərməlidir” – Fuat Oktay


“Qəzza zolağında böhranın tezliklə həllinə töhfə verə biləcək ölkələrdən biri də ABŞ-dir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Parlamentinin Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Fuat Oktay deyib.
Oktay bildirib ki, bunun üçün ABŞ İsrailə təzyiq göstərməlidir:
“Bu müharibəni dayandıracaq tərəflərdən biri də ABŞ-dir, onlar İsrailə təzyiqləri artırmalıdırlar. Qəzzadakı vəziyyətlə bağlı Ankara ilə Vaşinqton arasında fikir ayrılıqları var. Bunlar xüsusilə tərəflərin Fələstin-İsrail münaqişəsinə hansı bucaqdan baxması ilə bağlıdır. 35 mindən çox insanın ölümünə səbəb olan hadisələri HƏMAS paradiqmasından səsləndirmək olmaz; Fələstin məsələsi 100 ilə yaxındır ki, mövcuddur”.
Komissiya rəhbəri qeyd edib ki, Türkiyənin İsrail xalqı ilə heç bir problemi yoxdur:
“Problem bu ölkə rəhbərliyinin Qəzzada həyata keçirdiyi zorakılıq və siyasətdir. Qəzzada tezliklə atəşkəs əldə etmək və bölgəyə humanitar yardımın çatdırılmasını təmin etmək Türkiyə üçün əsas prioritetdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla