AZ

Səbaildə beşmərtəbəli binanın qapalı olan həyətinə kimlərsə göz dikib - Şikayət » AzadMedia.az



Səbail rayonu, Həsən Seyidbəyli küçəsi 31 ünvanında yerləşən beşmərtəbəli binanın qapalı olan həyətyanı sahəsinə hansısa məmurun gözü düşüb. Belə olmasaydı, həyətin hər tərəfini bağlayıb, qapısına qıfıl vurmazdılar. Qeyd edim ki, sakinlər bu barədə dəfələrlə şikayət edib, oxu.az saytı 3 aprel tarixində bu barədə yazıb.
https://oxu.az/society/856250
Təəssüf ki, üstündən xeyli vaxt keçsə də, məsələ həllini tapmayıb, həyətin qapısı sakinlərin üzünə bağlıdır.
Özbaşınalıq o dərəcədədir ki, beşmərtəbəli binanın qapalı olan həyətyanı sahəsindən sakinlər rahat istifadə edə bilmir.
Sakinlər Azadmedia.az-a bildiriblər ki, şikayətləri Oxu.Az-da işıqlanandan sonra İcradan sayta bildiriblər ki, sözügedən ərazi sakinlərin istifadəsi üçün açıldı. Bakı şəhəri Yaşıllaşdırma İdərəsinin işçiləri tərəfindən həmin sahə təmizləndi, ağaclara aqrotexniki xidmət göstərildi.
Amma sakinlər bildirir ki, hələ də yaşadığımız binanın sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş həyətyanı sahə yenidən qapalı vəziyyətdədir.
Ərazidə qurumuş budaqlar kəsilməyib, yeni ağaclar əkilməyib. Tikinti tullantıları yerində qalıb. Heç bir abadlıq işləri görülməyib. Zədələnmiş əsas divar bərpa olunmayıb. Sonradan qoyulan taxta löhvələri də çıxarılmayıb. Qapı icra tərəfindən bağlı saxlanır.
Qeyri iş günü olduğu üçün Səbail Rayon İcra Hakimiyəti ilə əlaqə saxlamadıq. Mövzuya qayıdacağıq.
Heç bir dəyişiklik olmadığı üçün apreldə oxu.az tərəfindən fotoları təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
Mənbələr
Şərh ()
Bağla